Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səhiyyə Nazirliyi suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı durumu açıqladı
Bu ilin ilk doqquz ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində sentyabr ayından ölkədə tək-tək qızılca xəstəliyi halları qeydə alınır:
"2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin doqquz ayı ərzində suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb".
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir.
Rəylər