Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəki sakinlərini boğaza yığan yol PROBLEMİ
Şəkinin Aşağı Layısqı kəndinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, kəndə bir dəfə də olsun asfalt örtüyü salınmayıb və yolun üç kilometrlik hissəsi yararsız vəziyyətdədir.
Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. İstər qış, istər yay aylarında kəndə gəlib-getmək demək olar ki, mümkünsüzə çevrilib.
"Xəstəmiz olanda təcili tibbi yardım gəlmir. Həkim çağıranda, deyirlər, maşın gətirin. Maşını yoxdursa, xəstə ölməlidir?! Xeyrə-şərə gələn deyir ki, bu necə kənddir, bu nə yaşayışdır?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.
Daha ətraflı Baku TV-nin materialında:
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Sumqayıt sakinləri suyun təzyiqinin az olmasından ŞİKAYƏTÇİDİRLƏR
- İbtidai sinif üçün ingilis dili dərslikləri çox çətindir - Valideyn NARAZILIĞI
- Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB
- Sabirabad xəstəxanasında səhlənkarlıq İDDİASI: Təcili tibbi yardım maşınları çağırışa getmir?
- Peyin gölməçəsi, "varlılar üçün" zibil konteynerləri - Türkanda nə baş verir?
Rəylər