Şəmkirdə dəm qazından zəhərlənmə olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R.Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.