ABŞ-da avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb, 31 nəfər xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.
Qəza bu gün Kaliforniya ştatının Palm-Sprinqs şəhəri yaxınlığında qeydə alınıb.
Bir müddət əvvəl xəbər verilmişdi ki, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
21:29
ABŞ-ın Kaliforniya ştatında ağır yol qəzası baş verib.
Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Palm-Sprinqs şəhəri yaxınlığında qeydə alınıb.
Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.