Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sınaq imtahanında iştirakı üçün müəllimlər tərəfindən məcburi bilet satışının təşviq edilməsini özündə əks etdirən səsyazısı yayılıb:
"İddialarla bağlı araşdırma aparılıb və müəyyən edilib ki, məktəbin direktoru səs yazısı barədə xəbər tutduqdan sonra sözügedən fəaliyyətin qarşısı alınıb. Sektor müdirinin bilet satışından xəbərdar olması və buna icazə verməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Məsələ ilə əlaqədar səsyazısında adları keçən müəllimlər barəsində müvafiq tədbirlər görülüb. Vurğulayırıq ki, şagirdlərin məcburi şəkildə bu cür fəaliyyətlərə cəlb edilməsi yolverilməzdir. Bu məzmunda daxil olan müraciətlər dərhal araşdırılır və araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq ölçü götürülür".
Qeyd edək ki, qeyd olunan məsələ ilə bağlı sosial şəbəkələrdə audioyazı yayılıb.
Həmin səs yazısını təqdim edirik:
Yusuf Məmmədli