Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəmkirdə yük və minik avtomobilləri toqquşub: Ölənlərin adları məlum oldu
Şəmkirdə ağır qəzada ölən şəxslərin kimlikləri məlum olub.
APA-nın xəbərinə görə, qəzada 1989-cu il təvəllüdlü Elvin Qafarov və 1971-ci il təvəllüldü Şıxəli Abbasov həyatlarının itirib.
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K.Cəfərlinin idarə etdiyi "KamAZ" markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.

"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI