Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin iş yeri və maaşı ilə bağlı TƏKLİF
Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Səhiyyə Nazirliyi tərəfindən hazırlanan layihədə təklif olunan dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.
Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.
Layihədə sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması müəyyən edilib.
Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
Aləmdə Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
- Məhkəmə-Hüquq Şurasının yubiley medalı kimlərə veriləcək?
- Parlament Azərbaycanla Pakistan arasında imzalanan sazişi təsdiq edib
- Milli Məclis beynəlxalq memorandumu ratifikasiya etdi
- Vüqar Bayramov: "Ötən il ölkəmizdə 50.3 milyard kubmetr təbii qaz hasil edilib"