Şirvanda dəm qazından zəhərlənmə olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 1991-ci il təvəllüdlü İsmayılova Nuranə Ələsgər qızı hamamda olarkən dəm qazından zəhərlənib.
O, xəstəxanaya aparılan zaman yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az