Parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə pensiya, aylıq müavinətlər və uşaq pulu ilə bağlı müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda, ailənin maddi yükünü azaltsın.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Millət vəkili parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Əfqanıstan müharibəsi, eləcə də Çernobıl əlillərinin müavinətlərinin artırılması məsələsinə toxunduğunu bildirib:
"Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb".
Aqşin Kərimov
Rəylər