"İnsan alveri ilə əlaqədar cinayətlər bütün dünyada çoxalır, qurbanların 80 faizi isə sosial şəbəkələr vasitəsilə tora salınır".
Oxu.Az xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
O bildirib ki, sosial şəbəkənin inkişafı Nazirlər Kabinetinin insan alveri qurbanlarının müəyyən edilməsi qaydalarının (indikatorları) köhnəlməsinə gətirib çıxarıb:
"Hazırda bu indikatorlar müasir tələblərə cavab vermir və qaydanın yenilənməsini təklif edirik. Həmçinin insan alveri ilə bağlı mübarizə sahəsində sosial proqramların da yenilənməsi vacibdir".
Mərahim Nəsib