“Starbucks Azərbaycan”ın böyük qüruru: Bütün partnyorlar “qəhvə mütəxəssisi” oldu.
“Starbucks”, bütün dünyada olduğu kimi, Azərbaycanda da qəhvəni həyat tərzi kimi mənimsəyənlərin dəyişməz seçimi olaraq böyüməyə davam edərkən, sertifikatlı “Qəhvə Mütəxəssisləri” ilə haqlı qürur hissi duyur.
Bakıda Port Baku, 28 Mall, Ganjlik Mall və “Tarqovı”dakı dörd ayrı mağazasıyla qəhvəsevərlərə xidmət göstərən “Starbucks Azərbaycan”, EMEA bölgəsində (Avropa, Yaxın Şərq və Afrika) bütün partnyorları “Qəhvə Mütəxəssisi” olan ilk və tək ölkə olmağı bacardı. “Starbucks Azərbaycan” beləcə “Black Apron Ölkə” titulunu almağa haqq qazandı. “Black Apron” sözü həmin mağazada xidmət göstərən bütün baristaların “Qəhvə Mütəxəssisi” olduğunu ifadə edir.
“Starbucks” nümunə partnyorları: “Qəhvə Mütəxəssisi” baristalar
“Starbucks” Qəhvə Mütəxəssisləri, qəhvə mədəniyyəti, “Starbucks”ın qəhvə paxlaları və “Starbucks”ın standartları barəsində məlumat mənbəyi və nümunə olmağı könüllü olaraq prinsip kimi qəbul edirlər. Qara zəmin üzərinə ağ sirena loqotip ilə önlük geyən Qəhvə Mütəxəssisləri, malik olduqları məlumatlarla yanaşı, məlumata çatmaq və həmin məlumatları köçürmək şəkli ilə də nümunə partnyor kimi göstərilirlər. Habelə, Qəhvə Mütəxəssisinin əsas vəzifələri olan mütəxəssisliyi paylaşmağı və içki keyfiyyətini yüksəltməyi də keçirdikləri seminarlar və hazırladıqları layihələrlə dəstəkləyirlər.
Necə “Qəhvə Mütəxəssisi” olunur?
Qəhvə Mütəxəssisliyi prosesinin başlaması üçün “Starbucks”da ən azı 6 ay işləmiş olmaq lazımdır. Qəhvə Mütəxəssisliyinin təhsil müddəti isə 8-12 həftə davam edir. Bu müddətdə partnyor, qəhvə tarixi, qəhvə əkinçiliyi və coğrafiyası, “Starbucks” Qovurma və Qarışdırma Sənəti kimi mövzular haqqında ətraflı məlumatlar alır və onları uyğun şəkildə köçürə biləcək qabiliyyəti inkişaf etdirir. Prosesi müvəffəqiyyətlə tamamlayan partnyorlara “Qəhvə Mütəxəssisi” sertifikatı verilir.
1971-ci ildən bəri dünyanın ən yaxşı qəhvə zənciri
Dünyanın aparıcı qəhvə satıcısı, emalatçısı və xüsusi qəhvə markası olan “Starbucks” 1971-ci ildə Amerikanın Seattle şəhərində xüsusi qəhvələr satan bir dükanla yola çıxdı. Bu gün dünya ərzində 33.000-dən çox mağaza ilə qonaqlarına xidmət göstərən “Starbucks” hər il dünyada istehsal olunan 100% arabika qəhvə paxlalarının ən yüksək keyfiyyətə malik olanlarını seçir və həmin mükəmməl keyfiyyətdəki qəhvə paxlalarını 46 ildən çox təcrübəsi və xüsusi üsulu ilə qovrulduqdan sonra qonaqlarına təqdim edir.
87.000 müxtəlif içki variantı...
“Starbucks” dünyadakı bütün mağazalarında, dünyanın ən keyfiyyətli arabika paxlaları ilə hazırladığı isti və soyuq espresso əsaslı müxtəlif qəhvə növləri ilə yanaşı, “Starbucks”a xüsusi çaylar, Frappuccino® növləri, təxminən 15 fərqli qəhvə paxlaları alternativindən ibarət olan filtr qəhvə ya da qəhvə pressi ilə hazırlanan qəhvələrin daxil olduğu 30-dan çox içki növünü qonaqlarına təqdim edir. Hər bir içki qonaqların tələblərinə görə müxtəlif süd, sirop və soyuq-isti alternativləri ilə birlikdə hazırlanarkən “Starbucks”larda cəmi 87.000 fərqli içki variantı var.
Qəhvə paxlalarını dünyanın qəhvə yetişdirən üç əsas bölgəsindən tədarük edən “Starbucks” Latın Amerikası, Afrika/Ərəb Yarımadası və Asiya/Pasifikdə olan 30 ölkədən yalnız 100% Arabika qəhvə paxlalarını satın alır.
Azərbaycanlı qəhvəsevərlərin ən çox seçdiyi “Starbucks” ləzzətlərinin başında Caffè Latte, Cappuccino və Caramel Macchiato gəlir. Bundan əlavə, yeni dadları sınaqdan keçirməyə can atan azərbaycanlı qonaqlar, periodik olaraq təqdim edilən içki alternativləri arasında “Starbucks”a xüsusi bir içki olan Frappuccinonu xüsusilə isti yay günlərində sevərək istehlak edirlər.
Təcrübənizi paylaşmaq üçün sizləri mağazalarımızda gözləyirik, bizi internetdə www.starbucks.com veb saytında da ziyarət edə bilərsiniz.