Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıt sakinləri suyun təzyiqinin az olmasından ŞİKAYƏTÇİDİRLƏR
Sumqayıt şəhəri, 3-cü mikrorayon, 15/13 saylı binanın sakinləri verilən suyun təzyiqinin az olmasından şikayətçidirlər.
Onlar bildiriblər ki, mənzillərə su normal təzyiqlə vurulmur, səbəb isə məlum deyil.
Sakinlərin sözlərinə görə, onlar duş qəbul etmək üçün məcbur qalıb qohum-qardaşın evinə getməli olurlar.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) qeyd olunub ki, qrafikdən kənar saatlarda aşağı mərtəbələrə su zəif təzyiqlə və ya təzyiqsiz halda gələ bilər:
"Qeyd olunan ünvanda suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Suyun verildiyi saatlarda (səhər saat 06:00-dan 09:00-a qədər, axşam saat 18:00-dan 21:00-a qədər) təzyiq normal həddə nizamlanır. Qrafikdən kənar saatlarda isə aşağı mərtəbələrə su aşağı təzyiqlə və ya təzyiqsiz halda gələ bilər".
Aygün Mirakif
"Su problemi" teqi üzrə xəbərlər
- Bakıda bəzi ərazilərdə suyun verilişi DAYANDIRILDI
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"
- "Qobu Park-3"də tragikomik olay: Su probleminin məsuliyyətini üzərinə götürən YOXDUR
- Siyəzəndə yaşayan sakinlər su problemindən ŞİKAYƏTÇİDİRLƏR