Sumqayıtda eyni ailənin altı üzvünün dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisədə iki yaşlı qızını itirən ata - Kamil Cəbrayılov jurnalistlərə ürəkdağlayan açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Ailə başçısı hadisə gecəsi uşaqlarının vəziyyətinin qəfil pisləşdiyini və çarəsiz qaldığını bildirib:
Müalicələrini davam etdirmək üçün uşaqları xəstəxanadan evə gətirmişdim. Dünən gördüm ki, hamısı yerə yıxılıb. Təcili yardım çağırdıq və uşaqları xəstəxanaya çatdırdıq. Dördünün vəziyyəti normal, ikisi isə ağır idi".
Kamil Cəbrayılovun sözlərinə görə, xəstəxanada uşaqların dördünün vəziyyəti stabilləşsə də, iki övladının durumu ağır olub:
"Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir, qızımı indicə dəfn edib gəlmişəm. Hazırda digər beş övladımın müalicəsi davam edir, tək duam onların sağ-salamat ayağa qalxmasıdır".
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Mərkəzin Uşaq Xəstəxanasında hazırda dörd nəfərin müalicəsi davam etdirilir, onların vəziyyətləri sabitdir.
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.
"Aprelin 3-ü saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 4 aprel tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, azyaşlı aprel ayının 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 2 aprel tarixində evə buraxılmışdı.
Əlavə edək ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir".
Aygün Mirakif
Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.
Belə ki, çoxuşaqlı ailənin altı üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.
Müalicədən sonra azyaşlılar evə buraxılsalar da, zəhərlənənlərdən biri - 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.