Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Məhərrəmov Namiq Rafiq oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi beton dirəyə çırpılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.