“Xəzər” TV-də yayımlanan “Diqqətli ol” verilişi daha bir sosial eksperiment keçirib.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, növbəti dəfə keçirilən eksperiment Sumqayıtda baş tutub.
Gənc oğlan yoldan keçənlərə yaxınlaşaraq maraqlı təklif verib. Oğlan sakinlərə itini öldürmək müqabilində pul təklif edib. Bəziləri bu təklifi rədd etsə də, pul sözü eşitdikdən sonra fikrini dəyişənlər də olub.
Sosial çarxın məqsədi heyvanlara qarşı insanların reaksiyasını yoxlamaq olub.
A.M.