Sumqayıt şəhər, 18-ci mikrorayon ərazisində yerləşən elektrik qutusu dəhşət saçır.
Belə ki, elektrik qutusunun qapısı açıq, naqillər isə sallaq vəziyyətdə qalıb.
Sakinlər bildirib ki, əraziyə yağış yağan zaman naqillərdə partlayış baş verdiyindən o ərazidən keçməyə qorxurlar.
Yaxınlıqda həm məktəb, həm də uşaq bağçasının olması sakinləri əməlli-başlı təşvişə salır.
Daha ətraflı Baku TV-nin süjetində: