Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza Sülh prospektində qeydə alınıb.
Belə ki, "Changan", BMW, "Hyundai", "Chevrolet" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12