Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.
A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər