Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün Sumqayıtda sığınacaqlar yaradılıb.
Oxu.Az Xeberler.com-a istinadən xəbər verir ki, kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtda olduğu kimi Sumqayıtda da müvəqqəti sığınacaqlar təşkil edilib.
Sığınacaqlar şəhərin 3-cü mikrorayonunda 12 mərtəbəli binanın qarşısında quraşdırılıb.
Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Sığınacaqdan tüfeyli həyat keçirənlər, öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilkin tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.
Qeyd edək ki, bu tip sığınacaqlar Sumqayıtda ilk dəfədir təşkil olunur.