Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Suriyada daha bir azərbaycanlı öldürüldü – Foto
Suriyada döyüşən yaraqlılar öldürülmüş azərbaycanlının fotoşəkillərini yayıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.
Yaraqlılar öldürülən azərbaycanlının fotosunu da yayıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu yaraqlılar tərəfindən sosial şəbəkələrdə yayılıb.