“Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb, öpmək istəyirəm. Birdən bura bomba atsalar, səni bir də görə bilməyəcəm”.
Oxu.Az xəbər verir ki, bu ifadələr anası tərəfindən Suriyaya qaçırıldığı deyilən 5 yaşlı qızcığazın atasına göndərdiyi videodandır. Lalə Yusifovanın bu görüntüləri “WhatsApp” vasitəsilə atası, 39 yaşlı İlqar Yusifova Rakkadan göndərilib.
Ata iki qızından ən son xəbəri 3 ay öncə alıb.
Qeyd edək ki, bu məsələ ötən ildən medianın gündəminə gəlmişdi. İlqar Yusifov hələ o vaxt iddia edirdi ki, boşandıqdan bir neçə ay sonra Pərvanə Əhmədova 2 övladı - 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çıxıb.
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi açıqlamasında atanın fikirlərini absurd adlandırsa da, Daxili İşlər Nazirliyi Pərvanə Yusifova ilə bağlı məsələni nəzarətinə götürdüyünü bildirmişdi.
Oxu.Az xezerxeber-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:
E.Ə.
www.oxu.az