Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi, "2-ci massiv" adlanan ərazidə zibil qutularının olmaması sakinlərin narazılığına səbəb olub.
Ərazidən gələn kəskin qoxu vətəndaşların gündəlik yaşayışını çətinləşdirib, həmçinin sürü halında gəzən küçə itləri və ilanlar insanların təhlükəsizliyini təhdid edir.
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
Valideynlər övladlarını çölə buraxa bilmir və yollarda qorxu içində hərəkət edirlər.
Sakinlər Baku TV-yə bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələlik heç bir tədbir görülməyib.
Qaynar xətt:
(055) 224 12 12