Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bir sıra yollarında 14-16 iyun tarixlərində təmir işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Təmir işləri aparılacaq ünvanlar bunlardır:
- Səbail rayonu - Badamdar şosesi;
- Binəqədi rayonu - Mehdiabad-Binəqədi-Balaxanı yolunun kəsişməsi;
- Nərimanov rayonu - Ziya Bünyadov prospekti;
- Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə;
- "Çingizxan" mərasim evinin yanı, yan yol;
- Xətai rayonu - Babək prospekti;
- 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;
- Yasamal rayonu - Ə.Haqverdiyev küçəsi;
- H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;
- Nizami rayonu - R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Bakının ən böyük prospektlərindən birində hərəkət tam məhdudlaşdırılacaq
- Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
- Bakıda bir sıra ərazilərdə nəqliyyatın hərəkəti dörd gün ərzində qismən məhdudlaşdırılacaq
- Sabah Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
- Yeni avtomobil yolunun tikintisi ilə bağlı bir küçədə hərəkət məhdudlaşdırılacaq