Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şuşa sakini: "Torpaqlarımızdan gənc yaşımızda çıxmışdıq, qocalıb qayıtdıq"
Zəfər Gününü ata yurdlarında qeyd edən Şuşa sakinləri Baku TV-yə danışıblar.
Birinci Qarabağ müharibəsi qazisi, Şuşa sakini Cahid Ələkbərov ailəsi ilə birlikdə doğma torpağında yaşadığı üçün xoşbəxt olduğunu bildirib:
"30 il həsrət çəkdik. Torpaqlarımızdan gənc yaşımızda çıxmışdıq. Qocalıb qayıtdıq. Şuşaya təzə köçsək də, mən torpaqlarımız azad olunan vaxtdan buradayam".
Şuşa sakini Vəsilə Ələkbərova da öz torpağında olmaqdan qürur duyduğunu bildirib:
"Hər şeyi şəhidlərimizə borcluyuq. Elə şəhid övladları var ki, atasını görməyib, ancaq məzarından tanıyır. O övladların qarşısında baş əyirəm".
Daha ətraflı süjetdə:

"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq?
- Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 11.12.2024