Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların verilmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yola salınan köç karvanı kəndə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.
Xocavəndin Quzeyxırman və Güneyxırman kəndinə yola salınan ilk köç karvanı kəndlərə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, Xocavənd və Şuşaya növbəti köç karvanları yola salınır.
Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə - 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə - 87 nəfər, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə - 51 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Daha çox foto burada: PhotoStock.az