Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: "Çıxardığım əmanəti geri aparıram"
İşğaldan azad olunan ərazilərə vaxtilə el-obalarından didərgin düşən sakinlərimizin köçü davam edir.
32 ildir Kürdəmirdə məskunlaşan Mehdiyevlər ailəsinin də sevincinin həddi-hüdudu yoxdur. Doğma yurduna qayıdan Amaliya Mehdiyeva bu günləri səbirsizliklə gözlədiyini deyərək sevinc hisslərini bölüşüb.
"Şuşadan çıxanda ancaq canımızı xilas edə bilmişdik. Bir də uşaqların paltarını yığdığım çamadanı və sənədləri götürə bilmişdim. 32 il əvvəl Şuşadan çıxardığım əmanəti indi geri qaytarıram", - deyə o söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: "Çıxardığım əmanəti geri aparıram"

"Şuşa" teqi üzrə xəbərlər
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...
- Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb
- Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür
- Türkiyənin Azərbaycandakı səfiri: "Şimali Kipr beynəlxalq arenada layiqli yerini alacaq"
- Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır
Ən çox oxunanlar