Yayın gəlişi ilə Azərbaycan mediasında ən çox yayılan xəbərlər insanların suda boğulmaları ilə bağlıdır.
Təəssüf ki, vətəndaşlar hətta Fövqəladə Hallar Nazirliyi səviyyəsində edilmiş xəbərdarlıqlara biganə yanaşaraq, küləkli havada, dənizdə dalğaların hündürlüyünün bir neçə metrə çatdığı hallarda belə çimərliklərə baş çəkirlər.
Ətrafda qadağan işarələrinin olmasına heç bir məhəl qoymayan gənclər sonda belə acınacaqlı hallarla qarşılaşır, ailələr övladlarını, yaxınlarını itirmiş olurlar.
Belə hadisələrdən biri dünən Şüvəlan çimərliyində baş verib.Küləkli havada dənizin dalğalı olmasına baxmayaraq çimərliklərə gələnlər var idi. İlk baxışdan hər şey qaydasında və maraqlı idi. Gənclər əylənirdilər. Amma günün sonunda 21 yaşlı gəncin dənizdə boğulma xəbərləri yayıldı. Hələ indiyədək FHN-nin xilasediciləri gəncin cəsədinin axtarışı ilə məşğuldurlar.
Hər şey çox gözəl başlamışdı... Dəniz, dostlar, əyləncə... Lakin çox təəssüf ki, xəbərdarlıqlara biganə münasibət ölümlə nəticələndi.
Bu faciəyə Abbas Atilayın fotolarında baxa bilərsiniz. 





















www.oxu.az