Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekvadorluların Bakı macəraları – Foto
“Torqovıy” küçəsi. Axşam vaxtı. Meydanda çoxlu insanlar gəzirlər. Axşam Bakısının adi mənzərəsindən fərqlənən yeganə məqam – hindi paltarında olan bir qrup insandır. Onlar əşyalarını səkiyə düzür, bir-birinin lələklərini düzəldir və öz aralarında danışırlar.
Mən bu uşaqları hələ bir il əvvəl Praqada görümüşdüm. O zaman bilmirdim ki, onlar məşhur qrupun üzvləridirlər və bu insanlarla yenə də qarşılaşacağam.
Bu il onlar Batumidə idilər və həmin vaxt mən də orada idim. Bizim dostlardan biri olanlardan etnik hindi musiqisinin yazıldığı disk almışdı və həm də Azərbaycana viza əldə etmək barədə məsləhətlər vermişdi.
Görünür, dostumuz yaxşı məsləhət vermişdi, çünki Ekvadorun uzun illər ərzində bütün dünyanı gəzən, qədim hindi musiqilərinin gözəl və canlı ifası ilə bütün şəhərlərin və ölkələrin sakinlərini heyran edən, tərkibində əsl ekvadorlu hindilərin olduğu Yarik Ecuador qrupu Bakıya gəlmişdi.
“Torqovı”da isə hindilərə geyimində “mühafizəçi” yazılmış iki nəfər yaxınlaşdılar. Bildirdilər ki, alver etmək qadağandır. Tərcüməçi bunu onlara başa saldı və onlar məcbur qalıb bütün suvenirlərini yığışdırmalı oldular. Tezliklə məlum oldu ki, oxumaq da olmaz. Konsertə qulaq asmaq üçün toplaşmış kütlə mühafizəçilərə təzyiq göstərdi. “Kim icazə vermir” sualını Elmir ya da Elmar adlı gənc oğlan belə cavablandırdı: “Torqovı”nın meneceri”. Təsəvvür edirsiniz? “Torqovı”nın meneceri!
Sonra isə mühafizəçilər zəng etdilər və hadisə yerinə polislər gəldi. Onlar isə sərt şəkildə və artıq sual vermədən hindiləri tələsdirdilər.
Kütlədən kimsə insanlara hansı əsasla çıxış etməyə icazə verilmədiyini soruşduqda isə, polis çəkinmədən cavab verdi: “Mədəniyyət Nazirliyindən icazə almaq lazım idi!”.
Ekvadordan gəlmiş qəmgin qonaqlar isə əşyalarını yığışdırdılar və sakit şəkildə qaldıları mehmanxanaya tərəf yola düşdülər. Yəqin ki, onlar Azərbaycan qonaqpərvərliyini tam şəkildə üzərilərində hiss edib sabah başqa bir şəhərə yola düşəcəklər.
Fərhad Rzayev
Rəylər