Texnika inkişaf yerində addımlamır və sürətlə bizim həyatımızın müxtəlif sahələrinə daxil olur. Bəzən isə heç gözləmədiyimiz tərəfdən yaxınlaşır.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının xüsusi vasitələr kimi elektroşokerdən istifadəyə icazə verən “Polis haqqında” qanuna dəyişikliklər etmək haqqında qanun layihəsi, Milli Məclisin cari ilin oktyabr ayında qəbul edilib.
“Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ, Fransa, Almaniya, Rusiyada elektroşoker ictimai təhlükəsizliyin qorunması və qanunsuz davranışların qarşısını almaq üçün effektiv vasitədir. Elektroşokerdən hücum və ya digər həyat üçün real təhlükə yaradan zorakılıq növlərinin qarşısını almaq, asayiş pozulduğu və kütləvi iğtişaşlar zamanı bir qrup şəxsin zərərsizləşdirilməsi, saxlanılan şəxs tərəfindən müqavimət göstərilərkən, həbs olunan şəxsin qaçmasının qarşısını almaq üçün istifadə etmək olar”, - Dövlət quruculuğu və hüquqi siyasət üzrə parlament komitəsinin sədri Əli Hüseynli deyib.
Qeyd etmək lazımdır ki, asayiş keşikçilərinin bu vasitədən nə zaman istifadə edə bilmə hüququna malik olmaları bir qədər qaranlıqdır.
Bu məsələdən narahat olan vətəndaşlarımızı - həm qanuna uyanlar, həm də uymayanları bir şey maraqlandırır. Hansı hallarda artıq köhnə üsul olan rezin dəyənək deyil, cərəyan payı alacaqlar? Və bunun nəticəsi nə olacaq?
Məsələyə aydınlıq gətirməyə çalışdıq?
Beləliklə, elektroşokerin biofiziki təsiri yalnız cərəyan vurması ağrısı ilə bitmir. Elektroşoker ilə yaradılan impulslar xüsusi xarakterə malikdirlər. Zərbə olan hissədə əzələlərin yığılması baş verir. Əzələlərin anormal fövqəl-fəallığı qanda şəkərin ildırım sürətilə parçalanmasına gətirib çıxarır və onlar müəyyən zaman ərzində işqabiliyyətliyini itirirlər. Nəticə yerli iflicdir.
Elektrik cərəyanının vurduğu yerdə dəridə qızartılar yaranır və yalnız bir neçə saatdan sonra keçir. Toxunma açıq dəri ilə olduqda elə də böyük qızartılar olmur, amma cərəyan geyimdən keçərkən izlər daha geniş olur. Bundan başqa elektroşokeri ürək nahiyəsində tətbiq etməyin onun dayanmasına səbəb olacağı barədə fikir yayılsa da istehsalçılar bunu təkzib edir. Bu da elektroşokerin insan orqanizminə təsiri barədə ümumi məlumat.
Amma bəzi ekspertlər iddia edirlər ki, hər şey insanın fizioloji xüsusiyyətlərindən asılıdır. Kimin üçün isə 60 000 V cərəyan ölümcül olduğu halda kimin üçün isə 200 000 V hissedilməzdir.
Eləcə də elektroşokeri insana tətbiq edərkən bilmək lazımdır ki, əgər o, boyun, baş, qarın nahiyəsində tətbiq edilərsə, adamın əlləri və ayaqlarına tətbiq ediləndən daha yüksək neytrallaşma əldə ediləcək. Davamlı təsir üç saniyəyə yaxın - oriyentasiyanı itirməyə, nəfəsalmada çatışmazlığa, əksər hallarda – huşunu itirməyə gətirib çıxarır.
Bundan başqa elektroşokeri özünümüdafiə vasitəsi kimi istifadə edənlərin sözlərinə görə onun təsiri qısamüddətli və davamlı ola bilər. Bu təsir arasında fərq gülməli də olsa cəmi 1 saniyədir...
İnternet-mağazalardan birinin menecerinin səsləndirdiyi istifadə qaydalarında elektroşokerin davamlı təsiri zamanı oriyentasiyanı itirməyə, nəfəsalmada çatışmazlığa, əksər hallarda huşunu itirməyə gətirib çıxarır. Qısamüddətli təsir aqressivliyi yox edir, adamı ayıldır. Eləcə də tətbiq sahəsini, insanın fiziologiyasını da nəzərə almaq lazımdır. Güclü cərəyan vurması zamanı 3-5 saniyə ərzində 30 dəqiqə ərzində huşunu itirmə olur.
Stress vəziyyətində insan zamanı nisbi anlayır. Və əlbəttə ki, polis əməkdaşının elektroşokerin tətbiqi zamanı 1 saniyəni 3 saniyədən fərqləndirəcəyini ehtimal etmək çətindir. Bu praktiki olaraq mümkün deyil, və əlbəttə ki, elektroşokeri asayiş pozana tətbiq edən polis əməkdaşının saniyələri sayacağı fikri gülməlidir.
Bundan başqa, elektroşokeri nəmli yerlərdə eləcə də yağışlı havada istifadə etmək məsləhət deyil, belə ki, adam özü zərər çəkə bilər. Maraqlıdır, bizim polisləri bu barədə xəbərdarlıq ediblər?
Yeri gəlmişkən, tibb işçiləri iddia edirlər ki, elektroşokerin sərxoş insanlara tətbiq edilməsi ən acınacaqlı nəticələrə gətirib çıxarır. Bizim ölkədə bu problem, elə də kəskin şəkildə yer almır. Amma yenə də vətəndaşlar qanun pozmağa hazırlaşarkən spirtli içkilərdən imtina etsələr yaxşıdı. Axı, həyatdı hər şey ola bilər...
Aliyə İsmayılzadə