Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib.
O qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib:
“Qarla bağlı məktəblərdə problemlər var. Bu davamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamamilə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gündə də qar yağsa təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyən şagirdlər üzrlü hesab olunacaq”, - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.