Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhsil xərcləri nə qədər artırılıb? - Nazir müavini AÇIQLADI
"Bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, ümumilikdə bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb:
"Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 000 manatdan çoxdur. Doktorantura səviyyəsi üzrə isə bu xərc 4 500 manatdan çoxdur".
Onun sözlərinə görə, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək:
"Hazırda 73 mindən çox tələbə var və onların yarısından çoxu dövlət hesabına təhsil alır. Bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir".
Qeyd edək ki, Nazirlər Kabineti ötən gün ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmini təsdiqləyib.
Məhərrəm Əliyev
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Sakinlər çətin tərbiyə edilən uşaqlar üçün yaradılan müəssisə barədə nə fikirləşirlər?
- "Qarabağın təbii ehtiyatları atlası"nın elektron variantı hazırlanıb
- Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
- Əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət qoyuldu: Məktəblərdə də qapanma gözlənilir?
Rəylər