Tələbələr universitetlərdəki bufetlərdə qiymətlərin yüksək olmasından narazıdırlar. Onlar bildiriblər ki, universitetdən kənarda satılan məhsullar bufetdə bir qədər baha təqdim olunur. Halbuki, tələbələrə təqdim olunan xidmətlər universitet daxilində daha ucuz olmalıdır.
Tələbələr qeyd ediblər ki, bu qiymətlər onlara sərf etmədiyindən çox zaman ya evdən özləri ilə yemək gətirirlər, yaxu da çıxıb kənardan alırlar.
“Xezerxeber”in əməkdaşları bir neçə təhsil ocağının bufeti və qiymətlərlə maraqlanmağa çalışsa da, cəhdləri baş tutmayıb.
Marketoloq Yusif Vəliyev təklif edir ki, əgər tələbələr daha ucuz xidmət tələb edirlərsə bu zaman universitetlər bufetlərini hazırki icarədardan alaraq yemək xidməti ilə məşğul olan şirkətlərə həvalə edə bilər. Hazırda ölkədə yemək xidməti göstərən şikətlər çoxdur və onlar maksimum ucuz qiymətə işləyirlər.
Yəqin ki, universitetlər bu təklif üzərində düşünməyə razı olar.
S.B.
www.oxu.az