Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sürücülərin NƏZƏRİNƏ: "Təmiz hava" aylığına start verilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 10-dan iyun ayının 10-dək ölkə ərazisində "Təmiz hava" aylığı tədbiri həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə ETSN məlumat yayıb.
Tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.
"Sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik", - deyə məlumatda bildirilib.
"Təmiz hava aylığı" teqi üzrə xəbərlər
- Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib
- Xəzər rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Gəncədə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Nərimanov rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib