Təndir çörəyi Azərbaycan kulinariyasının ən sevimli təamlarından biridir.
Qədim zamanlardan bəri mətbəximizdə özünə yer edən təndir çörəyi həm yeni hazırlanan vaxtı isti halı ilə, həm də saxlanıldıqdan sonra soyuq vəziyyətdə müxtəlif yeməklərlə birlikdə süfrəyə təqdim edilir.
Çörək bişirmək üçün hazırlanmış təndirlər xeyli qədim zamanlardan üzü bəri hər zaman Azərbaycan məişətinin vazkeçilməz ünsürlərindən olub. Müxtəlif arxeoliji qazıntılar zamanı bir çox bölgəmizdə yaşı yüzilliklərlə ölçülən qədim tikililərin arasında təndirlərə də rast gəlinir.
Hazırda Azərbaycanın bir çox bölgəsində özünəxas təndir çörəkləri hazırlanır. Cənub zonası da belə bölgələrimizdən biridir.
Baku TV-nin əməkdaşları Lənkəranda bu qədim sənəti yaşadan təndirçi xanımları qeydə alıblar.
Sözügedən görüntüləri təqdim edirik: