Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ADA Universitetinin 13-cü Karyera Sərgisində rekord sayda iştirakçı qeydə alınıb
ADA Universitetin 13-cü Karyera Sərgisi uğurla başa çatıb.
Oxu.Az xəbər verir ki, ADA Universiteti Fondu və ABB-nin tərəfdaşlığı ilə baş tutan tədbirə ölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlar qatılıblar.
Builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həm də iştirak baxımından fərqlənib. Belə ki, sərgidə 152 şirkət və 350-dən çox insan resursları üzrə nümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm, hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri, iştirakçılara iş və təcrübə imkanları barədə məlumat veriblər, onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələr keçiriblər.
ADA Universitetinin prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və ABB bankın İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayeva çıxışlarında bildiriblər ki, Karyera Sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsəti verir.
Qeyd edək ki, "Global Media Group", "Baker Tilly", "EY", "KPMG Azerbaijan", "PwC Azerbaijan", "PAŞA Holding", eləcə də "Azərkosmos", SOCAR, AZAL, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi bir çox dövlət və özəl qurumlar təmsil ediliblər.
Eyni gün ADA Universitetində Karyera Hazırlığı Həftəsinin də bağlanış mərasimi keçirilib. Tədbirdə ADA Universitetinin tərəfdaş şirkətləri tərəfindən xüsusi seçim proseslərindən uğurla keçmiş 100-dən artıq tələbənin adı açıqlanıb və onlara yay təcrübəsi imkanları təqdim olunub.
Həmin tələbələr Karyera Hazırlığı Həftəsi ərzində maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən keçirilən təlim və seminarlarda iştirak ediblər.
Onlar CV yazılışı, müsahibəyə hazırlıq, şəxsi brendin qurulması və şirkət təqdimatları kimi mövzular barədə həm nəzəri, həm də praktiki bacarıqlar qazanıblar.
Universitetin Karyera Xidmətləri şöbəsinin dəstəyilə təşkil edilən
Karyera Hazırlığı Həftəsində və onun yekunu olan Karyera Sərgisində ümumilikdə iki mindən çox ADA tələbəsi və məzunu iştirak edərək peşəkar əlaqələrini genişləndirmək, karyera planlarını formalaşdırmaq və əmək bazarının real tələbləri ilə tanış olmaq imkanı əldə ediblər.
Məhərrəm Əliyev
"Bu il ADA Universitetində karyera sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb".
Oxu.Az xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur:
"Bu il ADA universitetində 13-cü karyera sərgisi təşkil olunur. Bu sərgi artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edirlər. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir".
T.Aslanova onu da qeyd edib ki, sərgi tələbə və məzunlara birbaşa şirkət nümayəndələri ilə əlaqəyə keçməyə imkan yaradır:
"Onlar şirkət nümayəndələrinə öz CV-lərini təqdim edirlər. Şirkət nümayəndələri də daxildə olan təcrübə proqramları, eləcə də iş imkanları barədə tələbə və məzunları məlumatlandırırlar".
Məhərrəm Əliyev
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin köməkçisi NATO nümayəndəsi ilə görüşüb
- "Azercell" və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə akademiya-sənaye görüşü keçirilib
- "Azercell" "ADA Employability Week 2025" təşəbbüsünə qatılıb
- Əhməd İsmayılov: "Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb edəcəyik"
- Pezeşkianın Bakı səfəri - normallaşma üçün ilk addım