“Ermənilər harada olursa-olsunlar, torpaq davasına başlayırlar. Bu, onların xislətidir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan xalqının birliyini görəndə çox böyük qürur duyur:
“Əhali qorxmur və onlar öz ordularına inanırlar. Biz bütün yəhudi təşkilatlarına da müraciət etmişik. Biz haqq yolundayıq, qalib gələcəyik”.
İlhamə Əbülfət