Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurdu: Vəziyyəti ağırdır
"Elektrik cərəyanı vurması nəticəsində xəstəyə başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Yanvarın 23-ü saat 10:00-da elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü bir nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub.
Xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40%-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.
Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.
Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir",-deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Tovuz rayon Dəmiryol Vağzalında işçini elektrik cərəyanı vurub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dəmiryolunda yeni xətlərin çəkilişi zamanı fəhlə ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.
Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkmişin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər