Tovuz rayonunda spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı APA nəşri yayıb.
Məlumata əsasən, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Tatanov Samir Məhər oğlu alkoqol zəhərlənməsi əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilsə də, 25 yaşlı gənc komadan ayılmayıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
S.B.
www.oxu.az