Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
APA xəbər verir ki, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib.
15:47
Tovuzda baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Əliyev Elçin, 1992-ci il təvəllüdlü Aslanov Elçin və Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü İslamzadə Müşviq xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
14:24
Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir azyaşlı hadisə yerində ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
