Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş
Tərtərdə faciəli şəkildə ölən 21 yaşlı Arzu Niftalıyeva tələbə imiş.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub.
O, Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, A.Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, Arzunun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər