Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: 9 yaşayış məntəqəsində qaz olmayacaq
İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-ilk ortatəzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərinin Şahverdilər kəndi ərazisindən keçən hissəsi rabitə xətti çəkən podratçı təşkilata məxsus texnika tərəfindən zədələnib.
Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər başa çatanadək İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhrəmtəpə qəsəbəsində (ümumilikdə 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.
"İmişli rayonu" teqi üzrə xəbərlər
- İmişlidə fermada meyit tapıldı
- Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər
- İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb
- İmişlidə iki nəfərin meyiti tapıldı
- İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi