Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, Kazanda keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat; üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat təyin olunub.
Dövlət başçısı bu sərəncamdan irəli gələn məsələlərin həllini Nazirlər Kabinetinə tapşırıb.