Milli Məclisin yanında “Mercedes” markalı avtomobildə naməlum səbəblə yanğın baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yanğın o qədər güclü olub ki, yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Bundan başqa yanan avtomobilə yaxınlaşmaq da mümkün olmayıb. Məlumata görə, yanğını partlayış da müşayiət edib.
Hadisə yerindən çəkilmiş videonu oxucularımıza təqdim edirik.