Qusar rayonunun Samur qəsəbəsinin sakinləri uşaq bağçasının qəzalı vəziyyətdə olmasından şikayətçidirlər.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, bağçanın divarlarında çatlar var:
"Divardan parçalar qoparaq təhlükə yaradır. Uşaqların bu vəziyyətdə qəzalı binada olması təhlükəlidir. Alternativ bağça olmadığı üçün övladlarımızı bura göndərmək məcburiyyətindəyik".
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Bağçanın durumunun əks olunduğu videogörüntünü təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12