Azərbaycanda məktəbəqədər yaşda olan uşaqların yalnız 14,8%-i uşaq bağçalarına gedir.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə 1677 bağça fəaliyyət göstərir.
Onların 1637-i dövlət, 40-ı isə özəldir.
“Bakıda 387 uşaq bağçası var. Həmin məktəbəqədər təhsil müəssisələrini ziyarət edən uşaqların sayı 111 090 nəfər təşkil edir ki, bu da ümumilikdə məktəbəqədər yaşda olan uşaqların cəmi 14,8%-ni əhatə edir” – deyə, idarədən bildiriblər.
Təhsil Nazirliyi uşaq bağçalarını ziyarət edən uşaqların sayını 90%-dən çox həddə çatdırmaq niyyətindədir.