Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dekabrın 27-də qeydə alınıb. Bakı-İstanbul reysinin sərnişini, Türkiyə vətəndaşı Güneren Bahri İsmayıl oğlu qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.