Yeni İl ərəfəsində ölkəmizə təşrif buyuran əcnəbi müğənnilərdən biri də Ferhat Göçer olacaq.
Oxu.Az xəbər verir ki, konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil olunur. Konsertdə Ferhat Göçerlə bərabər xalq artisti Aygün Kazımova da çıxış edəcək.
Bu haqda müğənni, hətta sosial şəbəkədə video da paylaşıb:
“Fanlarım, gəncəlilərim dekabrın 29-da, düz Yeni il ərəfəsində türk həmkarım Ferhat Göçerlə sizin qonağınızıq. Gəlin, qarşılayın”.
Qeyd edək ki, konsert proqramı sabah, yəni dekabr ayının 29-u Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az