Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya polkovnik hərbi rütbəsi verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə rütbə V.Dərgahlıya bu gün təqdim olunub.
V.Dərgahlı faktı təsdiqləyib.
Qeyd edək ki, V.Dərgahlı cari ilin yanvar ayında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub.