Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib
Fövqəladə Hallar (FHN), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə həyata keçirilib.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.
Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına, ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.
