Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vüqar Əliyev: "20914 könüllüyə çata bilən layihələr icra olunub"
"2024-cü ildə keçirilən növbədənkənar prezident seçkisi və parlament seçkisində iki mindən çox könüllü yüksək fəaliyyət göstərərək müşahidəçi qismində iştirak edib".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Azərbaycan Könüllülərinin VII həmrəylik forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan könüllülərinin tərkibində yaradılmış seçki könülləri hüququ fəaliyyəti çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində, regionlarda könüllülər aktiv fəaliyyət göstərirlər:
"Bizim cari il ərzində nəzərdə tutulan strateji məqsədlərdən birincisi könüllü fəaliyyətinin institutlaşdırılması təşkilatlarının dəstəklənməsidir. Bu məqsədə çatmaq üçün ittifaq tərəfindən 27 tədbir həyata keçirilib, bu tədbirlərdə 700-dən çox könüllü iştirak edib. Könüllülüyün ölkə ərazisində təbliği, könüllülərin inkişafı və daha geniş imkanlarının yaradılması İttifaqın əsas strateji məqsədidir. Bu çərçivədə ümumilikdə 96 tədbir keçirilib və 20 914 könüllünü əhatə edən layihələr icra olunub".
Aygün Mirakif